SON XƏBƏRLƏR

İran hərbçiləri etnik bəlucu öldürdü

2025.05.24, 11:19
İran hərbçiləri etnik bəlucu öldürdü

Etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Gülşən rayonunda İran hərbçiləri 28 yaşlı Raşid Fazili adlı etnik bəlucu güllələyərək öldürüblər.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, şəxsi avtomobili ilə hərəkət edən şəxsə xəbərdarlıq edilmədən atəş açılıb və o yerindəcə həlak olub.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar