SON XƏBƏRLƏR

Zelenski: “Rusiya hücumlarının miqyası və cəsarəti gecədən-gecəyə artır”

2025.05.27, 11:49
Zelenski: “Rusiya hücumlarının miqyası və cəsarəti gecədən-gecəyə artır”

Ukrayna Prezidenti Volodimir Zelenski son günlər Rusiya tərəfindən həyata keçirilən hücumların intensivliyinə diqqət çəkib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, dövlət başçısı bu barədə özünün ənənəvi gecə müraciətində bildirib.

“Cəmi üç gün ərzində Ukraynaya 900-dən çox kamikadze dron, ballistik və qanadlı raketlər buraxılıb. Rusiya hücumları hər keçən gecə daha da amansız və genişmiqyaslı olur”, – deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, bu intensiv hücumlar mülki əhali üçün təhlükəni artırır və Ukrayna hava hücumundan müdafiə sistemlərinin təcili gücləndirilməsini zəruri edir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar