SON XƏBƏRLƏR

İranda 4 bəluc öldürülüb

2025.05.29, 12:39
İranda 4 bəluc öldürülüb

İranın Hormozqan və Sistan və Bəlucistan əyalətlərində hökumət məmurları 4 etnik bəluca atəş açaraq öldürüb.

Gunaz.tv

Bununla bağlı Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, onlardan üçü pərakəndə yanacaq alverçisi olub və iki ayrı-ayrı bölgələrdə məmurların atəşi nəticəsində yanan avtomobillərinin içərisində həlak olublar.

Sistan və Bəlucistan əyalətinin Hirmənd bölgəsində isə məmurlar əvvəlcədən xəbərdarlıq etmədən 27 yaşlı Əli Məhəmmədinin başına atəş açaraq qətlə yetiriblər.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar