SON XƏBƏRLƏR

Avstriyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb 

2025.05.31, 10:13
Avstriyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb 

Mayın 30-da Avstriyanın müvəqqəti işlər vəkili Mikaela Paker İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bu, Avstriya kəşfiyyat idarəsinin İranın nüvə proqramı ilə bağlı hesabat yaymasından sonra baş verib.

İran Xarici İşlər Nazirliyi Avstriya kəşfiyyat təşkilatının İranın nüvə proqramı ilə bağlı illik qiymətləndirmə hesabatında irəli sürülən iddianı təkzib edib. 

Qeyd edək ki, iki gün əvvəl Avstriya kəşfiyyatı yaydığı hesabatda İranın nüvə silahı proqramını fəal şəkildə inkişaf etdirməyə davam etdiyini, bu proqramın uzaq mənzilli raketlərin buraxılması üçün istifadə oluna biləcəyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar