SON XƏBƏRLƏR

Finlandiya İranı casus ölkələr siyahısına əlavə etdi

2025.05.31, 10:43
Finlandiya İranı casus ölkələr siyahısına əlavə etdi

Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Xidməti İranı bu ölkədə casusluq fəaliyyəti həyata keçirməkdə ittiham edib.

Gunaz.tv

Bu barədə Finlandiya Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı (SUPO) yeni hesabatında bildirilib.

İlk dəfədir ki, Helsinki İranı Finlandiyaya qarşı casusluqda fəal olan ölkələrdən biri kimi rəsmi olaraq tanıyıb.

Təşkilat Tehranın keçmişə nisbətən daha aqressiv mövqe tutduğunu, Rusiya və Çinlə yanaşı Finlandiyanın kəşfiyyat təhdidləri sırasına qoşulduğunu qeyd edib.

İranın xüsusilə sığınacaq axtaran şəxslərə qarşı casusluq fəaliyyətinə toxunan SUPO xəbərdarlıq edib ki, bu hərəkətlər avtoritar rejimlərin xaricdəki müxaliflərə nəzarət və izləmə strategiyalarının bir hissəsidir.

"İranın getdikcə şiddətlənən düşməncəsinə hərəkətləri Tehranın Qərblə münasibətlərinin pisləşməsini əks etdirir",- SUPO-nun hesabatında vurğulanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar