SON XƏBƏRLƏR

Sənədli film rejissoru Məhəmməd Əlimuradi Tikan Təpədəki durumdan bəhs edən video hazırlayıb

2025.05.31, 12:43
Sənədli film rejissoru Məhəmməd Əlimuradi Tikan Təpədəki durumdan bəhs edən video hazırlayıb

Tanınmış azərbaycanlı sənədli kinorejissor Məhəmməd Əlimuradi “qızıl və Çörək yox; Ağbulaq, unudulmaq yolunda yüzlərlə kənddən biri” adlı videosunda Tikan Təpə mədənlərinin talan edilməsini, yoxsulluğu, işsizliyi və bölgə xalqının şiddətli köçünü işıqlandırıb.

Gunaz.tv

Hzırlanan videoda deyilir:

Tikan Təpənin coğrafi mövqeyi və strateji əhəmiyyəti ondadır ki, o, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan və Sənəndəcin dörd vilayətinin qovşağında yerləşir.

Bölgədə zəngin yataqların ,nəhəng qızıl mədənlərinin və onlarla daş mədəninin olmasına baxmayaraq, Tikan Təpə bu sərvətlərdən faydalanmaq əvəzinə onların qurbanına çevrilmişdir.

Mədənlərin qeyri-standart şəkildə istifadə edilməsi ətraf mühitin məhvinə səbəb olub və sakinlərin sağlamlığına da ziyan vurub.

Yoxsulluq və işsizlik yerli əhalinin mərkəzi şəhərlərə geniş miqrasiyasına səbəb olmuş, Saqqız və Divan Dərə kimi şəhərlərdən gələn qeyri-yerli mühacirlər onların yerini almışdır. Bu proses şəhərin demoqrafik strukturunu dəyişdirmiş və Tikan Təpə immiqrantları qəbul edən, lakin yerli kimliyi olmayan bir şəhərə çevrilmişdir.

Tikan Təpənin geridə qalmasının əsas amillərindən biri də müvafiq kommunikasiya yollarının olmamasıdır. Ərəbçe-Yastikənd yolu və köhnə Tikan Təpə-Marağa marşrutu kimi yarımçıq qalmış layihələri tamamlamaq bu şəhəri Zəncana, Marağa dəmir yoluna və nəticədə Təbrizə birləşdirə bilər.

Təbrizə yenidən birləşmək bu bölgəni indiki çıxılmaz durumdan xilas etməklə yanaşı, həm də Azərbaycanın bu tarixi şəhərinin iqtisadi və milli dirçəlişinə səbəb ola bilər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar