SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda su çatışmazlığı şiddətlənəcək

2025.06.02, 15:36
Şərqi Azərbaycanda su çatışmazlığı şiddətlənəcək

Şərqi Azərbaycan əyalərində su anbarlarında mövcud olan suyun miqdarı son 50 ilin antirekordunu vurub.

Gunaz.tv

Bu barədə əyalətin Regional Su Şirkəti məlumat yayıb.

Hazırda əyalətin əsas bəndlərinə daxil olan suyun həcminin cəmi 238 milyon kubmetr olduğu bildirilib. Bu Şərqi Azərbaycanın bənd ehtiyatının normal şəraitlə müqayisədə 277 milyon kubmetr, keçən illə müqayisədə isə 173 milyon kubmetr azalması deməkdir.

Bundan sonra yağıntıların azalacağına görə, əyalətin yay aylarında ciddi su problemi ilə üzləşəcəyi deyilir.

Qeyd edək ki, ekoloqlar su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar