SON XƏBƏRLƏR

İranda edam sayı sürətlə artır

2025.06.05, 14:26
İranda edam sayı sürətlə artır

2025-ci ilin yanvar ayının əvvəlindən mayın sonuna kimi İranda 500-dən çox məhbus edam edilib və bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 75% faiz çoxdur.

Gunaz.tv

Bununla bağlı "Human Rights Watch" hesabat yayıb.

Hesabatda, İranda edamların əhəmiyyətli dərəcədə artması və insan haqları pozuntularının pisləşməsi barədə xəbərdarlıq edilib. 

Bildirilib ki, İran hakimiyyəti edam hökmündən qorxu yaratmaq və etirazları yatırmaq üçün istifadə edir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 532-ə çatıb, onlardan 16-ı qadındır.

Edam edilənlər arasında müxtəlif ittihamlarla günahlandırılan bir neçə siyasi məhbusun da adı var.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar