SON XƏBƏRLƏR

İranın idman naziri parlamentə çağırıldı

2025.06.07, 11:39
İranın idman naziri parlamentə çağırıldı

İranın idman naziri Əhməd Dünyamalı Cənubi Koreyada ölkənin yüngül atletika komandasının üzvlərinin  cinayətlərinə görə parlamentə çağırılıb.

Gunaz.tv

Bununla bağlı İran mediası məlumat yayıb.

Bu, Cənubi Koreyada keçirilən Asiya Oyunları zamanı İranın yüngül atletika üzrə milli komandasının bir neçə üzvünün cinsi təcavüz və telefon oğurlaması səbəbindən saxlanılmaları ilə əlaqəlidir.

Parlamentin idman fraksiyasının sözçüsü Ruhullah Lək Əliabadi hadisənin “heç bir şəkildə gözardı edilə bilməyəcəyini” vurğulayıb: “

Bu hadisə İranın beynəlxalq aləmdə idman imicinə xəyanətdir və tam şəffaflıqla araşdırılmalıdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreyanın "Hankyure" qəzeti Asiya çempionatında iştirak etmək üçün bu ölkəyə gedən  3 iranlı atletin 20 yaşlı qadına təcavüz etdikləri üçün saxlanıldıqlarını yazıb.

Bundan sonra İran mediası da Cənubi Koreyaya gedən 19 nəfərlik heyətin yalnız 14-nün İrana qayıtdıqlarını bildirib.

İki atlet və bir baş məşqçi cinsi təcavüzə görə, 2 atlet isə telefon oğurluğuna görə həbs edilib.

Cənubi Koreyalı hüquqşünaslar iranlı idmançıların 7 il, hətta ömürlük həbs cəzasına məhkum edilə biləcəklərini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar