SON XƏBƏRLƏR

İranda xəstəxanada atışma olub

2025.06.07, 17:07
İranda xəstəxanada atışma olub

Qətldə ittiham olunan və qaçmağa çalışan silahlı məhbus Kərəcdəki İmam Əli xəstəxanasında açılan atəş nəticəsində öldürülüb.

Gunaz.tv

Bu haqda Əlbürz əyalətinin polis idarəsi məlumat yayıb.

Hadisə bu gün saat 12:30 radələrində baş verib və məlumatlara görə xəstəxanada atışma səsləri eşidilib.

Bildirilib ki, uzun müddət həbsdə olan məhbus müalicə üçün tibb məntəqəsinə köçürülüb və qaçmağa cəhd etdikdən sonra polis tərəfindən güllələnib.

Polisin sözlərinə görə, özünü təqsirləndirilən şəxsin həyat yoldaşı kimi təqdim edən qadın tibb məntəqəsində olan məhkuma iki odlu silah çatdırıb.

Qadının həbs olunduğu bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar