SON XƏBƏRLƏR

Tehranın cümə imamının gəlini də həbs edilib

2025.06.10, 13:03
Tehranın cümə imamının gəlini də həbs edilib

Tehranın cümə imamının gəlini həbs edilib

Gunaz.tv

İranda tanınmış din xadimi, Tehranın cümə imamı və rejimin əsas təbliğatçılarından olan Kazim Sadiqinin gəlini də saxlanılıb.

Bu haqda İran mediası məlumat yayıb.

Bundan əvvəl isə onun iki oğlu  SEPAH-ın kəşfiyyat əməkdaşları tərəfindən korrupsiya işi üzrə həbs olunub.

Kazım Sadiqinin özü, iki oğlu və gəlini 2023-cü ildə də Tehranın şimalında dəyəri 20 milyon dollardan çox olan dövlət torpaqlarının qanunsuz mənimsənilməsində ittiham olunublar.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya bulaşmış ölkələr arasındadır.

Təşkilatın 2024-cü il hesabatına əsasən, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar