SON XƏBƏRLƏR

İranlı atletlərin cinayəti təsdiqləndi

2025.06.12, 10:09
İranlı atletlərin cinayəti təsdiqləndi

Cənubi Koreyada İranın yüngül atletika komandasının üç üzvünə qarşı zorlama iddiaları üçün aparılan tibbi test müsbət nəticə verib.

Gunaz.tv

Bnunla bağlı "İndipendent farsi" məlumat yayıb.

"Cənubi Koreyada cinsi təcavüzdə ittiham olunan və həbsdə olan üç milli komanda üzvü üzərində aparılan bütün tibbi müayinələrin nəticələri müsbət çıxıb",- nəşr İranın yüngül atletika üzrə milli komandasının üzvünə istindən yazıb.

Bildirilib ki, iranlı atletlər Əmir Muradi, Hüseyn Rəsuli və Məsud Kamranın bütün DNT testlərinin və qurban qadının testlərinin nəticələrinə uyğun gələn fiziki və cinsiyyət müayinələrinin nəticələrinin müsbət elan edilib və Cənubi Koreya məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, iyunun əvvəllərində Cənubi Koreyanın "Hankyure" qəzeti Asiya çempionatında iştirak etmək üçün bu ölkəyə gedən  1 baş məşqçi və iki atletin 20 yaşlı qadına təcavüz etdikləri, bir idmançının isə telefon oğurluğuna görə saxlanıldıqlarını yazıb.

Məlumatların yayılmasından sonra Tehranda İdman Nazirliyi və Atlektika Federasiyası qarşısında etiraz aksiyaları keçirilib, federasiya başçısı  Ehsan Həddadinin istefası istənilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar