SON XƏBƏRLƏR

İsrail bu hücumu cavabsız qoymayacaq - Bennet

2025.06.19, 13:06
İsrail bu hücumu cavabsız qoymayacaq - Bennet

İslam Respublikası misli görünməmiş və məqsədyönlü hücumda İsrailin cənubundakı xəstəxananı birbaşa hədəfə aldı və bu, İsrail rəsmilərinin dediyinə görə, cəmiyyətin ən həssas üzvlərini, o cümlədən xəstələri, uşaqları və tibb işçilərini öldürmək cəhdi idi.

Gunaz.tv

Bunu İsrailin keçmiş baş naziri Naftali Bennet sosial şəbəkədə yazıb.

“İsrail rəsmiləri bu mənfur hücumun cavabsız qalmayacağı və İslam Respublikasının bunun üçün ağır bədəl ödəyəcəyi barədə xəbərdarlıq edib”,- o bildirib.

Bennet İranın nüvə silahı əldə etməsinin təhlükəliliyi barədə xəbərdarlıq edib:

 “Bu cinayətkar rejimin nüvə silahı əldə etməsinin qarşısı qətiyyətlə alınmalıdır”.

Qeyd edək ki, İran bu gün səhər saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən "Soroka" tibb mərkəzinə raket zərbələri endirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar