SON XƏBƏRLƏR

Tehran kiberməkana nəzarəti gücləndirir

2025.06.25, 11:16
Tehran kiberməkana nəzarəti gücləndirir

İran-İsrail qarşıdurmasının bitməsindən dərhal sonra İran hökuməti "Kiberməkanın Təhlükəsizlik Komitəsi" adlı yeni qurum yaratmaq qərarına gəlib

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, sosial media və kiber məkana nəzarət edəcək yeni qurum SEPAH, ETTELAAT, Polis Komandanlığı və İran Radio və Televizya Şirkətinin iştirakı ilə qurulacaq.

Yeni qurumun yaradılmasının məqsədinin milli asayiş və təhlükəsizliyin qorunması olduğu bildirilib.

Müşahidəçilər hesab edirlər ki, bu komitənin yaradılması və yeni proses rejimin İsrail qarşısındakı məğlubiyyətin qisasını almaq cəhdidir.

Belə görünür ki, İran xalqın tələblərinə cavab vermək əvəzinə, cəmiyyət üzərində öz nəzarətini saxlamaq üçün növbəti dəfə repressiya və qorxu vasitələrinə üstünlük verir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar