SON XƏBƏRLƏR

Amerika İranın uranı zənginləşdirməsinə qəti qarşıdır

2025.06.26, 10:00
Amerika İranın uranı zənginləşdirməsinə qəti qarşıdır

Vaşinqton Tehranla dinc nüvə proqramını müzakirə etməyə hazırdır, lakin İranın uranın zənginləşdirilməsinin qəti əleyhinədir.

Gunaz.tv

Bu haqda Amerika Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff “CNBC”yə müsahibəsində bildirib.

İndi İranla danışıqlarda Tehranın mülki nüvə proqramını necə yenidən quracağımız müzakirə olunacaq və məsələ uranın zənginləşdirilməsini əhatə etməyəcək. BƏƏ və bir çox başqa ölkələrdə oxşar proqram modelləri mövcuddur. Tehranın nüvə enerjisi ilə məşğul olması üçün uranı zənginləşdirməyə ehtiyacı yoxdur”, - deyə o əlavə edib.

Amerika həmçinin ümid edir ki, İranla potensial razılaşma onun nüvə proqramı üzərində güclü nəzarəti əhatə edəcək.

“İran bununla razıdır, biz bu haqda danışmışıq. Əgər onların gizlədəcəkləri heç bir şey yoxdursa, etibarlı idarəetmə ilə bağlı problem olmayacaq. Rafael Qrossinin rəhbərlik etdiyi BAEA indi bunun üzərində işləyir. Biz nəzarətin həyata keçirilməsində dəstək verə bilərik”.

Bundan əvvəl Prezident Donald Tramp bildirib ki, Amerika administrasiyası gələn həftə İranla nüvə proqramı ilə bağlı danışıqlar aparmağa və razılığa gəlməyə ümid edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar