SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı hesabat yaydı

2025.06.26, 10:36
Beynəlxalq Əfv Təşkilatı İranla bağlı hesabat yaydı

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı bəyanat yaydı.

Gunaz.tv

12 günlük müharibənin başladığı 13 iyundan bəri İslam Respublikasında təhlükəsizlik qüvvələri yüzlərlə insanı "İsrailllə işbirliyi və ya casusluq” ittihamı ilə həbs edib və iyunun 16-dan bəri İranda ən azı 6 nəfəri oxşar ittihamlarla edam edilib.

Bu, Beynəlxalq Əfv Təşkilatının İranla bağlı yaydığı son hesabatında deyilib.

Hesabatda Beynəlxalq Əfv Təşkilatı iyunun 13-də İranın İsrailin xeyrinə “casusluq”da ittiham olunan şəxslərin edam prosesini sürətləndirməsindən narahatlıq ifadə olunub və yuxarıda qeyd olunan ittihama görə həbs edilən şəxslərdən dördünün iyunun 16-dan bəri özbaşına edam edildiyi bildirilib.

Beynəlxalq təşkilat ədalətsiz məhkəmələrdən sonra bu cür ittihamlarla edam cəzasına məhkum edilmiş Əhmədrza Cəlali, Əfşin Qurbani Mişani, Ruzbeh Vadi və Şahin Bəsami də daxil olmaqla, hazırda barələrində ölüm hökmü çıxarılan şəxslərin vəziyyətindən dərin narahatlığını ifadə edib.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini İranın yaranmış vəziyyətdən istifadə edərək xalq arasında qorxu yaratmaq niyyətində olduğuna diqqət çəkib:

"İslam Respublikası rəsmilərinin İsraillə əməkdaşlıq ittihamı ilə həbs edilənlərin tez bir zamanda mühakimə olunması və edam edilməsi çağırışı İranın ölüm hökmündən nəzarəti həyata keçirmək və əhali arasında qorxu yaratmaq üçün bir vasitə kimi istifadə etdiyini göstərir".

Qeyd edək ki, son bir neçə gün ərzində İranda 700-dən çox şəxs "İsraillə əməkdaşlıq və casusluq" ittihamı ilə həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar