SON XƏBƏRLƏR

İsraildə İrana bağlı terrorçu həbs edilib

2025.06.26, 12:26
İsraildə İrana bağlı terrorçu həbs edilib

İsraildə Ben Qurien Universitetinin tələbəsi İran təhlükəsizlik xidməti ilə əməkdaşlıq ittihamına görə həbs edilib.

Gunaz.tv

Bu haqda İsrail Polisi və Daxili Təhlükəsizlik Agentliyi (Şin Bet) məlumat yayıb.

Bildirilib ki, həbs olunan şəxs İran təhlükəsizlik xidmətinin tapışırığı ilə İsrailin tanınmış siyasi şəxsiyyətlərindən birinə qarşı terror planı hazırlayıb.

"İnformasiya sistemləri ixtisası üzrə təhsil alan Deyr əl-Əsədin Cəliliyə kəndinin 22 yaşlı sakini Bəşar Həsən Qasım Musa, İranla ideolojik bağlara malik olub və tərədəcəyi terror aktlarına görə iranlı tərəfdaşlarından vəsait alıb",- məlumatda bildirilib.

Yaxın günlərdə bir aylıq dindirmə və ibtidai istintaqdan sonra yerli prokurorluq təqsirləndirilən şəxs barəsində hökm verəcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar