SON XƏBƏRLƏR

İranda daha 47 "casus" həbs edildi

2025.06.26, 13:09
İranda daha 47 "casus" həbs edildi

İranın Fars əyalətinin Məhkəməsi 47 vətəndaşa qarşı “İsraillə əməkdaşlıq” ittihamı ilə cinayət işinin açıldığını bildirib.

Gunaz.tv

Bu haqda İranın rəsmi dövlət mediası məlumat yayıb.

Fars əyalət məhkəməsinin rəhbəri Sədrullah Rəcayi Nəsəbin sözlərinə görə, bu şəxslər “düşmənlik hərəkətləri”ndə və “düşmən ünsürlərlə” əməkdaşlıqda ittiham olunublar.

Yerli medianın məlumatına görə, son günlər İranın təhlükəsizlik qüvvələri “İsraillə əməkdaşlıq etməkdə və ya onu dəstəkləməkdə” ittiham olunan şəxslərə qarşı yeni həbs dalğasına başlayıb.

Bundan əvvəl Xuzistan əyalətində “İsrailin agentlər” ittihamına götə 26 nəfər həbs edilib.

Həmçinin, təhlükəsizlik və məhkəmə mənbələrinə görə, son iki həftə ərzində ölkə daxilində 700-dən çox insan “İsrailə casusluq” və ya “sosial media vasitəsilə İsrailin İrandakı əməliyyatlarına dəstək ifadə etmək” ittihamı ilə saxlanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar