SON XƏBƏRLƏR

İran yenidən vurulacağından nigərandır

2025.06.27, 13:23
İran yenidən vurulacağından nigərandır

İran-İsrail arasında atəşkəsin qurulmasına baxmayaraq, İran rəsmiləri yenidən hədəf alınacaqlarından nigərandırlar.

Gunaz.tv

Bu qəbil olan bəyanatlardan birini də İran parlamentinin komissiya üzvü Südeyf Bədri səsləndirib.

İranın Amerika və İsraili hücuma görə peşman etdiyini iddia edən millət vəkili, müharibənin yenidən başlayacağına işarə edib.

"Xalq, xüsusən silahlı qüvvələr atəşkəsə inanmamalıdır, ona görə ki, Amerika və İsrailə güvənmək olmaz",- Südeyf Bədri əlavə edib.

Qeyd edək ki, İsrailin hücumlarının dayandırılmasına baxmayaraq, İran rəhbəri Əli Xamənei hələ də bunkerdən çıxmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar