SON XƏBƏRLƏR

İran məmurları Kirmanda mülki şəxsi öldürdü

2025.06.30, 11:43
İran məmurları Kirmanda mülki şəxsi öldürdü

İranın Kirman əyalətinin İslamşəhr bölgəsində hökumət məmurları iki mülki şəxsi öldürüb, birini isə yaralayıb.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, ev sakinləri məhkəmə hökmü olmadan evə girmək istəyən hökumət məmurlarına müqavimət göstəriblər.

Məmurlar avtomat silahlardan atəş açaraq Yasir Zərəxş və Əlim Nəmdadini öldürüb, Rza Əzizini isə yaralayıblar.

Qeyd edək kİ, 2024-cü ildə İranın müxtəlif bölgələrində hərbi qüvvələrin atəşi nəticəsində azı 163 vətəndaş həlak olub, 321 nəfər yaralanıb.

Hadisələrin 5 illik təhlili göstərir ki, bu növ atəş qurbanlarının sayı əvvəlki beş illik dövrlə müqayisədə iki dəfədən çox artıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar