SON XƏBƏRLƏR

Üç Avropa dövləti İranı danışıqlara başlamağa çağırdı

2025.06.30, 13:23
Üç Avropa dövləti İranı danışıqlara başlamağa çağırdı

Almaniya, Böyük Britaniya və Fransa,  İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaqdan çəkinməyə və qanuni öhdəliklərə uyğun olaraq Agentliklə tam əməkdaşlığı dərhal bərpa etməyə çağırıb.

Gunaz.tv

Bu haqda adı çəkilən ölkələrin Xarici İşlər Nazirliklərinin birgə bəyanatında bildirilib.

Üç Avropa ölkəsi bununla yanaşı İranı BAEA əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyi tələb edib.

Qeyd edək ki, İran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossinin Amerika və İsrail tərəfindən bombalanmış nüvə obyektlərinə baş çəkmək istəyini rədd edərək, onu “xəyanətdə” ittiham edib. 

Əli Xaməneinin ofisinin mətbu orqanı olan “Kayhan” qəzeti hətta Qrossini “İsrail casusu” adlandırıb və onu edam etməyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar