SON XƏBƏRLƏR

İranın 47 həbsxanasında aclıq aksiyası keçirilir

2025.07.01, 15:06
İranın 47 həbsxanasında aclıq aksiyası keçirilir

Bu gün səhər saatlarından başlayaraq İranın 47 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 75-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 616 məhbus edam edilib, onların arasında siyasi baxışlarına görə öldürülənlər də var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar