SON XƏBƏRLƏR

Araqçi: Amerikanın bombardmanı İranın Fordo nüvə sahəsinə ciddi ziyan vurub

2025.07.02, 12:46
Araqçi: Amerikanın bombardmanı İranın Fordo nüvə sahəsinə ciddi ziyan vurub

İranın xarici işlər naziri Abbas Araqçi CBS News telekanalına müsahibəsində deyib ki, Amerikanın İranın əsas nüvə obyekti olan Fordonu bombalaması obyektə ciddi və böyük ziyan vurub.

Gunaz.tv

"Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. İndiyə qədər bildiyimiz odur ki, obyekt ciddi şəkildə zədələnib. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə işləri aparır, hesabat hökumətə təqdim olunacaq." - deyə Araqçi bildirib.

Qeyd edək ki, “Washington Post”un bazar günü yaydığı xəbərə əsaən, İran daxilindən ələ keçirilən məlumatlara görə, Amerikanın İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində obyektlərə dəyən zərər az olub.

Digər tərəfdən Prezident Donald Tramp isə İranın nüvə proqramının tamamilə məhv edildiyini bildirir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar