SON XƏBƏRLƏR

İran "Hizbullah"-a pul ötürə bilmir

2025.07.02, 14:49
İran "Hizbullah"-a pul ötürə bilmir

Xüsusən İsrailin son hücumlarından sonra İran hökuməti Livan Hizbullah-na pul ötürə bilmədiyi üçün təşkilat çətin vəziyyətə düşüb.

Gunaz.tv

Bu haqda ərəbdilli "Əl-Şərq əl-Əvsət" qəzeti məlumat yayıb.

"İslam Respublikası tərəfindən dəstəklənən Livan Hizbullah qruplaşması, Beyrutun ətraf bölgələrində İsrailin hücumları nəticəsində dağılan evlərin sahiblərinə təzminat ödənişlərinin maliyyə resurslarının çatışmazlığı səbəbindən müvəqqəti olaraq dayandırıldığını açıqlayıb",- məlumatda bildirilib.

Qəzetin yazdığına görə, bu qərar İran ilə İsrail arasında müharibədən və İrana beynəlxalq təzyiqlərin artmasından sonra verilib.

Hizbullah lideri Nəim Qasım keçən il İranın indiyədək livanlı qaçqınlara yardım üçün 77 milyon dollar ayırdığını bildirmişdi.

Tehran və Hizbullah arasındakı maliyyə əlaqələri həmişə İslam Respublikasının regional təsirini saxlamaq strategiyasının bir hissəsi olub və İnqilab Keşikçiləri Korpusu vasitəsilə qrupa əhəmiyyətli maliyyə resursları ayrılıb.

İsrail və ABŞ regiondakı silahlı qrupların maliyyələşdirilməsini dayandırmaq məqsədi ilə sanksiyalarla İslam Respublikasının maliyyə və bank şəbəkəsini hədəfə alıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar