SON XƏBƏRLƏR

İranın bu şəhərlərində yaşayış mümkün olmayacaq - Meteoroloq

2025.07.04, 09:56
İranın bu şəhərlərində yaşayış mümkün olmayacaq - Meteoroloq

Dünyada qlobal istiləşmənin artdığı bir vaxtda İranın xüsusən bəzi bölgələrində iqlim dəyişikliyinin təhlükəli həddə çatacağı və yaz mövsümünün yox olacağı gözlənilir.

Gunaz.tv

Bu haqda İran Meteorologiya Təşkilatının Milli İqlim və Quraqlıq Böhranının İdarə Edilməsi Mərkəzinin rəhbəri Əhəd Vəzifə xəbərdarlıq edib.

"Qorxunc iqlim dəyişikliyi ssenarisinin reallaşacağı və temperaturun 8 dərəcə yüksələcəyi təqdirdə, səhranın kənarında yerləşən və çox sayda əhalinin sıx məskunlaşdığı Yəzd, Kirman və İsfahan kimi şəhərlər artıq yaşayış üçün əlverişli olmayacaq”,- meteoroloq bildirib.

O, bir neçə il əvvəlkindən fərqli olaraq indi İranda ölkədə yay mövsümünün 5 aya çatdığı və bu tendensiyanın davam edəcəyi halda yaz fəslinin tamamilə yoxa çıxacağını deyib.

Qeyd edək ki, iyunun 2-də İranın mərkəzi və cənub əyalətlərində havanın temperaturu kəskin artıb, Buşehr əyalətində isə temperatur 50 dərəcəyə yüksəlib. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar