SON XƏBƏRLƏR

Bəluc qadınlar etiraz aksiyası keçiriblər

2025.07.05, 11:53
Bəluc qadınlar etiraz aksiyası keçiriblər

İyunun 4-də Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində bəluc qadınlar etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, Xaş şəhərinin fərmandarlıq binası qarşısına toplaşan qadınlar, SEPAH və polis qüvvələrinin bəluc qadınları güllələməsinə etiraz ediblər.

Onlar, qadınlara atəş açan hökumət məmurlarının cəzalandırılmasını istəyiblər.

Etirazçı qadınlar fərmandarlıq binasının divarlarına "ölüm olsun qadın qatili rejimə" şüarları yazıblar.

Qeyd edək ki, iyunun 1-də Sistan və Bəlucistan əyalətinin Göniç kəndində SEPAH-ın keçirdiyi əməliyyat zamanı 12 qadın güllələnib.

Məlumata görə, hadisə nəticəsində Xanbibi Bameri adlı 40 yaşlı qadın ölub, 11 qadın isə yaralanıb, yaralı qadınlardan biri isə iyunun 4-də xəstəxanada həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar