SON XƏBƏRLƏR

Təbriz hava limanından uçuşlar bərpa edildi

2025.07.05, 16:39
Təbriz hava limanından uçuşlar bərpa edildi

İyulun 5-i Təbriz mülki hava iimanının fəaliyyəti bərpa olunub və hava limanından İstanbula sərnişin təyyarəsi uçub.

Gunaz.tv

Bu haqda İran Hava Limanları və Hava Naviqasiya Şirkətinin İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.

“Təbriz beynəlxalq hava limanının uçuş-enmə zolağının açılması və yenidən qurulması ilə 23 günlük fasilədən sonra Təbrizdən İstanbula uçuşlar bu gün bərpa edilib”,- məlumatda bildirilib.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı Təbriz hava limanının uçuş-enmə zolağına ciddi ziyan dəyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar