SON XƏBƏRLƏR

SEPAH daha bir bəluçu öldürdü

2025.07.08, 16:06
SEPAH daha bir bəluçu öldürdü

SEPAH qüvvələri Sistan və Bəluçistan əyalətinin Delqan rayonunda 40 yaşlı Dadabbas Saboki adlı etnik bəluça atəş açaraq öldürüb.

Gunaz.tv

Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, SEPAH üzvləri yol kənarında dayanan bəluça xəbərdarlıq etmədən atəş açıblar.

Rəsmi məlumatda həmin şəxsin axtarışda olduğu iddia olunub.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar