SON XƏBƏRLƏR

Bu gün PKK silahı təhvil verməyə başlayacaq

2025.07.11, 11:30
Bu gün PKK silahı təhvil verməyə başlayacaq

Bu gün Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatı silahı təhvil verməyə başlayacaq.

Gunaz.tv

Aralarında Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvlərinin də olduğu bir qrup siyasətçi və ictimai fəal PKK-nın Süleymaniyyə şəhərində planlaşdırılan tərksilah prosesini izləmək üçün İraqa yollanıblar.

Qeyd edilir ki, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çıların silahlarını təhvil verəcəyi məqama yönəlib.

Bildirilir ki, tarixi addım cümə günü Süleymaniyyədə gizli yerdə atılacaq. 20-30 nəfərlik PKK-çı qrup silahları təhvil verəcək və gəldikləri bölgəni silahsız tərk edəcəklər. Onlarla birlikdə PKK və Kürdüstan İcmalar İttifaqı rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar