SON XƏBƏRLƏR

Qalibaf: Müharibənin ilk saatlarında İsrailin əməliyyatı bizi təəccübləndirdi

2025.07.11, 11:42
Qalibaf: Müharibənin ilk saatlarında İsrailin əməliyyatı bizi təəccübləndirdi

İsrailin iyunun 13-də səhər saatlarında İslam Respublikasının yüksək rütbəli hərbi komandirlərinin öldürülməsinə səbəb olan əməliyyatı İranda təəccüb və şoka səbəb oldu.

Gunaz.tv

Bu sözləri İran parlamentinin Məhəmmədbaqir Qalibaf sədri deyib.

"Əməliyyat bizi təəccübləndirdi... Onlar ilk anda komandirlərimizi vurdular, yəni səhər saat 3 radələrində komandirlərimizi vuraraq işə başladılar." - deyə o bildirib.

Qeyd edək ki, İranla 12 günlük müharibəyə səbəb olan İsrailin bu hücumları nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Xatəmül-Ənbiya Bazasının Komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, eləcə də bir sıra İran rəsmiləri, nüvə alimlər öldürülüb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar