SON XƏBƏRLƏR

İran İsrail təyyarələrini vurmayıb- Dövlət televizyası

2025.07.11, 16:00
İran İsrail təyyarələrini vurmayıb- Dövlət televizyası

İsrailin hərbi hava qüvvələrinin İrana hücumu zamanı İran İsrail təyyarələrini vurmayıb.

Gunaz.tv

Bu haqda İran televizyasında deyilib.

"Bu haqda və İsrailin qadın pilotunun əsir götürülməsi barədə informasiyaların yayılması İran tərəfinin yaydığı xəbərləri etibarsız etmək məqsədi daşıyırdı",- canlı verilişdə bildirilib.

İran televizyasının eksperti bu tip informasiyaların təxribat xarakterli olduğunu və düşmən qüvvələr tərəfindən dövriyyəyə buraxıldığını söyləyib.

Qeyd edək ki, İsrailin iki F-35 təyyarəsinin vurulması və bir qadın pilotun əsir götürülməsi barədə İranın rəsmi dövlət mediası, o cümlədən "Təsnim", "Mehr" və b. məlumatlar yaymışdılar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar