SON XƏBƏRLƏR

Xorvatiyalı yarımmüdafiəçi "Traxtur"a qoşuldu

2025.07.14, 15:56
Xorvatiyalı yarımmüdafiəçi "Traxtur"a qoşuldu

Xorvatiyalı yarımmüdafiəçi Tibor Haliloviç “Traxtur” futbol komandasına keçib.

Gunaz.tv

Bu haqda komandanın sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, xorvatiyalı yarımmüdafiəçi Tibor Haliloviç “Traxtur”a iki mövsümlük müqavilə ilə qoşulub.

Müdafiə, mərkəz və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynaya bilən 30 yaşlı Haliloviç futbolçu karyerasına Zaqreb “Dinamo”sunun akademiyasında başlayıb və Xorvatiyanın “Lokomotiv”, “Riyeka”, “Dinamo Zaqreb” və “Qoritsa”, Polşanın “Visla Krakov” və Hollandiyanın “Herenven” klublarında çıxış edib.

Qeyd edək ki, Təbriz təmsilçisinin baş məşqçisi Draqan Skoçiç də xorvatiyalıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar