SON XƏBƏRLƏR

Hökumət mollası İran və Azərbaycan Prezidentlərini təhqir etdi

2025.07.17, 11:43
Hökumət mollası İran və Azərbaycan Prezidentlərini təhqir etdi

Bir kəndi idarə edə biləcək səviyyədə olmayan adamı ölkənin başına gətirəndə əlbəttə ki, o özünü itirib və Amerikanın düşmən olmadığını iddia edəcək.

Gunaz.tv

Bu sözləri hökumət mollası, mühafizəkar siyasi cərəyana mənsub və Məsud Pezeşkianın rəqiblərinə yaxın olan İslami Təbliğat Təşkilatının əməkdaşı Şeyx Yunis Turabi deyib.

Tehranda azərbaycanlıların toplaşdığı məsciddə çıxış edən molla, İran Prezidentinin Amerika ilə müzakirələr barədəki mövqeyini sərt tənqid rdib:

"Donald Tramp, o amerikalı sarı it kimdir ki, onun sözünü sayaq? O bundan artıq heç bir qələt qıra bilməz və İrana edəcəyini artıq eib. Ölüm olsun Amerikaya şüarı hər zaman verilməlidir və bunun əksini deyənlər ləyaqətsiz şəxslərdirlər".

Əslən Şərqi Azərbaycanın Sarab bölgəsindən olan hökumət təbliğatçısı, "Amerika ilə danışığa getməkdənsə ölməyin daha yaxşı olduğunu" bildirib.

Turabi, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı da təhqiramiz ifadələr işlədib, bəzi İran rəsmilərinin İsrailin İrana hava hücumları zamanı Azərbaycan Respublikasının hava məkanından istifadə etdiyi barədə iddialarını təkrar edib.

Qeyd edək ki, iranlı gəncləri şəhid olmaq üçün hazırlaşmağa çağıran Şeyx Yunis Turabi, 12 günlük İran-İsrail qarşıdurması zamanı ailəsi ilə birlikdə Tehranı tərk edərək Sarabın Ərzənq kəndinə sığınmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar