SON XƏBƏRLƏR

Zahidanda məhkəmə binasına silahlı hücum; Ölü və yaralı sayı artdı- YENİLƏNİB

2025.07.26, 12:49
Zahidanda məhkəmə binasına silahlı hücum; Ölü və yaralı sayı artdı- YENİLƏNİB

Bu səhər, şənbə günü, Zahidandakı ədliyyə orqanına silahlı hücum olub, nəticədə çox sayda işçi və təhlükəsizlik qüvvələri həlak oldu və yaralanıb.

Gunaz.tv

Hücumçular birbaşa olaraq ədliyyə binasına daxil olaraq hakimlərin kabinetlərini hədəfə alıblar və şahidlərin sözlərinə görə, hücum zamanı çoxlu əməkdaş və hərbçi ölüb və yaralanıb.

Hadisədən bir saat sonra “Ceyş əl-Adl” silahlı qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup əvvəllər bəyanatlarında Bəluc vətəndaşları arasında son edamlara cavab verməklə hədələmişdi.

Hücumdan saatlar sonra ədliyyə ətrafında təhlükəsizlik vəziyyəti ciddi şəkildə gücləndirilib və bölgəyə hərbi qüvvələr yerləşdirilib. Ədliyyə binası daxilində nəqliyyatın hərəkəti tam nəzarət altına alınıb.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

-

İran dövlət mediasının verdiyi məlumata görə, Zahidanda məhkəmə binasına silahlı hücum nəticəsində ölənlərin sayı 6-a, yaralıların sayı isə 24-ə çatıb.

"Ceyş əl-Ədl" silahlı təşkilatı yaydığı bəyanatda hücumla "Ədaləti qolu" adı altında iki mərhələdə həyata keçirildiyini bildirib.

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar