SON XƏBƏRLƏR

Zəngəzur dəhlizi İranın mühasirəsi deməkdir - Vilayəti

2025.07.28, 14:49
Zəngəzur dəhlizi İranın mühasirəsi deməkdir - Vilayəti

Zəngəzur dəhlizi İranın quru blokadası deməkdir, buna görə də sərhəddə qoşun yeridərək bu dəhlizin açılmasının qarşısının alınması üçün fəal siyasət həyata keçirdik.

Gunaz.tv

Bu sözləri İranın rəhbəri Əli Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.

"İranın düşmənləri, xüsusən də beynəlxalq sionizm və Amerika İranın strateji mədəni dərinliyindən narahatdırlar və həmişə bu kimliyin əsaslarını zəiflədərək milli təhlükəsizliyimizə zərər vurmağa çalışıblar",- o əlavə edib.

Vilayəti, Zəngəzur dəhlizi layihəsinin Amerika və İsrailin İrana zərbə vurmaq planının tərkib hissəsi olduğunu iddia edib:

"Amerika və İsrail daha böyük geosiyasi layihələrə pərdə kimi “Zəngəzur dəhlizi” kimi planlar həyata keçirirlər. Əsas məqsəd müqavimət oxunu zəiflətmək, İranın Qafqazla əlaqəsini kəsmək, regionun cənubunda quruda İran və Rusiyanı mühasirəyə almaqdır",- Xaməneinin müşaviri deyib.

Şeyx Səfiyəddin Ərdəbilinin anım mərasimində çıxış edən müşavir Azərbaycan-Osmanlı məsələsinə də toxunaraq, azərbaycanlıları İranın keşikçisi adlandırıb.

"Azərbaycanlılar Osmanlı və Rusiya işğalçıları qarşısında müqavimət göstərərdilər, Azərbaycan Demokrat Firqəsi məsələsində də azərbaycanlılar müstəmləkəçilərin və onların əlaltılarının planlarını pozaraq İranın parçalanmasının qarşısını aldılar",- Əli Əkbər Vilayəti bildirib.

Qeyd edək ki,  Vilayəti bundan əvvəl də, Zəngəzur dəhlizinin "İrana qarşı qərbin və NATO-nun planı olduğu" barədə iddialar səsləndirib.

Xüsusən Əli Əkbər Vilayətinin ölkənin ümumi siyasəti və strategiyası ilə bağlı bəyanatları, İran rəhbərinin mövqeyini əks etdirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar