SON XƏBƏRLƏR

Əli Xamenei narkomandır - Mossad

2025.07.30, 13:23
Əli Xamenei narkomandır - Mossad

Günün yarısını yatan, digər yarısını isə narkotik çəkən bir lider ölkəyə necə rəhbərlik edə bilər?

Gunaz.tv

Bu, Mossad-ın fars dilli X hesabında yazılıb.

"Fox News" və "Jerusalem Post" qəzetlərində də yayılan bu paylaşımda İran rəhbərinin ölkədə baş verən enerji böhranından xəbərdar olmadığı bildirilib.

Xamenei haqda bu məlumatın paylaşılmasından sonra İranın "Fərhihxteqan" qəzeti cavab yazısı dərc edib:

"Rəhbərin narkotik aludəçisi olduğu barədə iddia yalandır, bu, ölkədə baş verən hər bir vəziyyət və ya nizamsızlıqda İranın siyasi sisteminin günahkar olduğunu sübut etməyə çalışan dezinformasiya və təhqirdir".

Qəzet İran rəhbəri barədə yayılan bu informasiyanı ona qarşı şəxsiyyət terroru adlandırıb.

Qeyd edək ki, bundan əvvəl də Əli Xameneinin gənclik illərindən başlayaraq davamlı tiryək çəkdiyi barədə məlumatlar dərc edilib, fotoları yayılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar