SON XƏBƏRLƏR

Urmu həbsxanasında məhbusların barmaqları kəsildi

2025.07.31, 16:00
Urmu həbsxanasında məhbusların barmaqları kəsildi

İyulun 30-da Qərbi Azərbaycan əyalətinin Urmu şəhərinin həbsxanasında oğurluqda ittiham olunan Hadi Rüstəmi, Mehdi Şahivənd və Mehdi Şərəfianın barmaqları kəsilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məhbusların barmaqları kəsilmədən əvvəl hər bir məhkuma anestezik iynə vurulub.

Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Mülki və Siyasi Hüquqlar Bəyannaməsinin 7-ci maddəsini imzalamasına baxmayaraq öhdəliyinə əməl etmir.

Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar