SON XƏBƏRLƏR

11 kişini öldürən iranlı qadının məhkəməsi olub

2025.08.08, 09:43
11 kişini öldürən iranlı qadının məhkəməsi olub

Son 20 il ərzində nikaha girdiyi və ya siğə yolu ilə birlikdə olduğu 11 kişini öldürən mazandaranlı Gülsüm Əkbərinin mühakiməsi olub.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, G.Əkbəri ilk öncə cinayətlərini inkar etsə də, öünün lentə aldığı qətl səhnələrinin məhkəmədə nümayiş etdirilməsindən sonra cinayətlərini etiraf etsə də, qətlərlə bağlı sualların çoxunu cavabsız qoyub.

Bildirilib ki, Gülsüm Əkbərinin qurbanlarının 41 yaxını və ailə üzvü ondan şikayət edib.

"Qatil qadın tora saldığı kişilərə cinsi fəallığı artıran və başqa dərmanlara qatdığı uyuşdurucu maddələr qatmaqla onları anestazi edib və sonradan öldürüb",- məlumatda qeyd olunub.

G.Əkbərinin mühakiməsinin davam etdiyi və barəsində qəti hökmün yaxın günlərdə veriləcəyi bildirilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar