SON XƏBƏRLƏR

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri TBMM komissiyasının iclasına dəvət edilib

2025.08.08, 09:48
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri TBMM komissiyasının iclasına dəvət edilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının (ilk adı: Terrorsuz Türkiyə Komissiyası - red.) ikinci iclası bu gün keçiriləcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, TBMM sədri Numan Kurtulmuşun rəhbərlik edəcəyi toplantıda proseslə bağlı ilk məlumatlandırma sessiyası təşkil olunacaq.

Bildirilib ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da toplantıya dəvət edilib.

İclasın Bakı vaxtı ilə ilə saat 15:00-də başlaması planlaşdırılır.

Xatırladaq ki, ilk toplantı avqustun 5-də keçirilmiş, "Terrorsuz Türkiyə" Komissiyasının adı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası olaraq dəyişdirilmişdi.

Sözügedən komissiya PKK terror təşkilatının özünü ləğv etməsi və silahları təhvil verməsindən sonra yeni reallığın hüquq müstəvisində təsbit edilməsi məqsədilə qurulub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar