SON XƏBƏRLƏR

Vərziğanda zəhərli tullantılar su qaynaqlarına qarışıb

2025.08.11, 10:00
Vərziğanda zəhərli tullantılar su qaynaqlarına qarışıb

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində ekoloji problem davam edir və "Süngün" mis mədəninin zəhərli tullantıları təbiətə buraxılır.

Gunaz.tv

Bu haqda yerli ekofəallar məlumat yayıb.

Xüsusən bölgənin Ərdəşir kəndi ərazisində zəhərli tullantıların çaylara və yeraltı su qaynaqlarına qarışdığı üçün təbiətlə yanaşı, əhalinın sağlamlığının da risk altında olduğu bildirilir.

Ekofəallar bölgə təbiətinin bundan artıq ekoloji problemə dözə bilməyəcəyini, ekoloji fəlakətin miqyasının genişləndiyini yazıblar:

"Mis mədənlərinin ekoloji məsələlərə və standart qaydalara əməl etməməsi, ərazidəki mədənlərin istismar səviyyəsinin genişlənməsi Qaradağ meşələrinin daha çox məhv olmasına və vəhşi təbiətin daha ciddi problemlərlə üzləşməsinə səbəb olur".

Bundan əvvəl Şərqi Azərbaycan valisinin əkinçilik araşdırma mərkəzinin keçmiş rəisi, tanınmış ekoloq Əhməd Baybordi Qaradağda mədən fəaliyyətləri barədə verdiyi müsahibəsində çevrə çirkliliyinin qorxulu səviyyəyə çatdığını deyib.

“Mədənlərin standartlara uyğun olmadan istismar edilməsi bölgənin əkinçiliyinə ölümcül zərərlər verib.

Xüsusən Əndəriyan mədəni ətrafdakı su qaynaqlarını ciddi dərəcədə zəhərliyib”, – deyə, Baybordi açıqlama verib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar