SON XƏBƏRLƏR

Pezeşkian milli təhlükəsizliyə ziyan vurur- "Sepah" rəsmisi

2025.08.12, 13:33
Pezeşkian milli təhlükəsizliyə ziyan vurur- "Sepah" rəsmisi

Təəssüflə, prezidentin çıxışlarında şifahi səhvləri, xüsusən də mühüm və taleyüklü hadisələrin baş verdiyi bir vaxtda artıb və bəzən bu milli təhlükəsizlik ziyan vurub.

Gunaz.tv

Bunu "Sepah"ın siyasi bölməsinin rəis müavini Əziz Qənbəri deyib.

“Xarici siyasət sahəsində hər reallığı ifadə etməyə ehtiyac yoxdur. Yüksək rütbəli dövlət məmurlarının yanlış bəyanatlar səsləndirməsinin təhlükələri, ilk növbədə, hökumətlərin özlərinə təsir edərək, onların xarici siyasət və hətta daxili siyasətin çox mürəkkəb və həssas sahələrində fəaliyyət göstərmələrini çətinləşdirir”,- o əlavə edib.

Qeyd edək ki, xüsusən Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı son bəyanatından sonra ölkədə bəzi siyasi dairələrin və "Sepah" mənsublarının ona qarşı ittihamlar artıb və İran Prezidenti düşünülməmiş bəyanatlar verməkdə günahlandırılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar