SON XƏBƏRLƏR

İranda enerji çatışmazlığı - onlarla türkmən işdən çıxarıldı

2025.08.15, 12:03
İranda enerji çatışmazlığı - onlarla türkmən işdən çıxarıldı

İranda elektrik enerjisi çatışmazlığı səbəbindən bağlanan iş yerləri və istehsalat müəssisələrinin sayı artmaqda davam edir.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Bağlanan istehsalat müəssisələrindən biri də türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Əliabad rayonundakı "Mahud Şimal" tekstil şirkətidir.

Şirkət rəhbərliyinin yaydığı məlumata görə, elektrik enerjisinin uzun müddətli kəsintisi istehsalatı iflic edib və şirkətdə fəaliyyət göstərən 50 nəfərin məcburi işdən çıxarılmasına səbəb olub.

Şirkət rəhbərliyi elektrik enerjisi çatışmazlığının davam edəcəyi təqdirdə, yaxın gələcəkdə müəssisənin tamamilə bağlanacağını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar