SON XƏBƏRLƏR

Enerji çatışmazlığı- İranda dərslər virtual keçirilə bilər

2025.08.15, 16:06
Enerji çatışmazlığı- İranda dərslər virtual keçirilə bilər

İranda elektrik çatışmazlığı böhranı və qaz təchizatı ilə bağlı məhdudiyyətlərdən sonra İran Təhsil Nazirliyinin mütəxəssisləri yeni tədris ilinə virtual və ya hibrid formatda (virtual və şəxsən) başlamaq imkanını nəzərdən keçirirlər.

Gunaz.tv

Bu haqda yerli sosial media platformalarında məlumatlar yayılıb.

Bildirilib ki, qərar həm məktəblərə, həm də universitetlərə şamil edilə bilər.

Buna səbəb kimi isə elektrik enerjisi və maye qaz çatışmazlığı göstərilib, bildirilib ki, cari tədris ilində təhsil ocaqlarının qızdırılması və enerji təchizatı üçün lazım olan enerjinin təmin oluna bilməməsi gözlənilmir.

Məlumatın yayılmasından sonra mütəxəssislər xəbərdarlıq edib və bildriblər ki, virtual təhsilin davam etdirilməsi, xüsusilə də aztəminatlı ərazilərdə təhsilin keyfiyyətinin aşağı düşməsinə və təhsildə bərabərsizliyin artmasına səbəb olacaq. 

Eyni zamanda, bəzi rəsmilər deyiblər ki, bu, ölkənin enerji vəziyyətini nəzərə alaraq hələlik ən məqbul təcili həll yolu kimi qəbul edilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar