SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Şərifə Məhəmmədi edam ediləcək!

2025.08.18, 10:36
Azərbaycanlı fəal Şərifə Məhəmmədi edam ediləcək!

İranın Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin edam hökmü təsdiq olunub.

Gunaz.tv

Bu haqda vəkil Əmir Rəisian məlumat yayıb.

O, bundan əvvəl çıxarılan ölüm hökmünün İran Ali Məhkəməsinin 29-cu bölməsi tərəfindən təsdiq olunduğunu bildirib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

Beynəlxalq insan haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləğv etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar