SON XƏBƏRLƏR

"Ənsar əl-Furqan" bəyanat yaydı - 50 İran hərbçisi...

2025.08.18, 15:19
"Ənsar əl-Furqan" bəyanat yaydı - 50 İran hərbçisi...

Avqusun 17-i Sistan və Bəluçistan əyalətinin Nimruz rayonunda hökumət qüvvələri ilə "Ənsar əl-Furqan" silahlı təşkilatının üzvləri arasında baş verən qarşıdurma nəticəsində 50 hərbçi ölüb və yaralanıb.

Gunaz.tv

Bu haqda bəluçların silahlı qruplaşması olan "Ənsar əl-Furqan" təşkilatının sözçüsü Moləvi Nəsrullah Bəluç məlumat yayıb.

O, 6 silahlı qruplaşmanın 6 üzvünün həlak olduğunu təsdiq etsə də, hökumət mediasının başqa silahlıların həbsi barədə məlumatını təkzib edib:

"9 saat davam edən qarşıdurmadan sonra "Ənsar əl-Furqan" təşkilatının 25 silahlı üzvü hadisə yerindən uzaqlaşa biliblər, heç üzvümüz həbs edilməyib".

Qeyd edək ki, SEPAH yaydığı bəyanatda 6 silahlının öldürüldüyüün, 2 nəfərin həbs edildiyini bildirib.

Rəsmi bəyanatda silahlı qeuplaşma üzvlərindən silah-sursat və 25 kq partlayıcı maddə götürüldüyü qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar