SON XƏBƏRLƏR

İranın təxribatlarının qarşısı alınmalıdır- Britaniya parlamentinin üzvü

2025.08.20, 11:11
İranın təxribatlarının qarşısı alınmalıdır- Britaniya parlamentinin üzvü

Tehran ayətullahlarının məmurları Britaniya küçələrində dolanır, vətəndaşları təhdid edir və İran hökumətinin müxaliflərini hədəf alırlar.

Gunaz.tv

Bunu Böyük Britaniya parlamentinin mühafizəkar üzvü Bab Blekman deyib.

“Tehran rejiminə yaxın fəalların da hər həftə küçələrimizdə keçirilən anti-İsrail və Fələstin tərəfdarı nümayişlərdə xaosu qızışdırdığı müşahidə olunur”,- o əlavə edib.

Blekman İranın xeyriyyə təşkilatları və QHT-lər vasitəsilə təsirinə dair nümunələr göstərərək bildirib ki, İngiltərə İslam Mərkəzinin xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçməsinə baxmayaraq, bu qurum açıq-aşkar İran rejiminin ruporu rolunu oynayıb.

Britaniyalı deputat harada olurlarsa olsunlar iranpərəst fəallara qarşı qəti tədbirlər görməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar