SON XƏBƏRLƏR

Pezeşkian İsrail casusudur- Qəzənfəri

2025.08.20, 11:33
Pezeşkian İsrail casusudur- Qəzənfəri

Məsud Pəzeşkiyanın İsraillə əlbir olduğunu göstərən çox sayda etibarlı sənəd və sübutlarımız var.

Gunaz.tv

Bunu Tehranın İran parlamentindəki nümayəndəsi Kamran Qəznfəri deyib.

“Pəzeşkiyanın məqsədi İranı məhv etmək və İsrailin süqutunun qarşısını almaqdır”,- millət vəkili iddia edib.

O, İsrailin İrana hücum zamanı Azərbaycan Respublikası ərazisindən istifadə barədə iddiaları təkrar edib və Pezeşkianı bunu ört-basdır etməkdə günahlandırıb:

"İrana hücum üçün Azərbaycanın İsrailə dəstək verməsi barədə faktların Məsud Pezeşkiana verilməsinə baxmayaraq, o bunu ört-basdır edərək Azərbaycana səfər etdi".

Qəzənfəri Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə səmimi görüşündən də narahatlığını bildirib:

"O, İlham Əliyevlə dost və doğma qardaş kimi görüşdü".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar