SON XƏBƏRLƏR

Elektrik çatışmazlığı- Şərqi Azərbaycan sənayesini iflic olur

2025.08.20, 16:03
Elektrik çatışmazlığı- Şərqi Azərbaycan sənayesini iflic olur

Xüsusən son günlər elektrik enerjisi kəsintilələrinin artması səbəbindən Şərqi Azərbaycan əyalətinin sənayesi iflic vəziyyətinə düşüb.

Gunaz.tv

Bunu Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Evinin rəhbəri Mehdi Əmini deyib.

"Elektrik Enerjisi Şirkətinə müraciət etdikdə, deyirlər ki, buna görə biz məsuliyyət daşımırıq, Tehran qərar verir. Əgər sizin qərar vermək səlahiyyətiniz yoxdursa istefa verin!",- Əmini əlavə edib.

Elektrik enerjisi çatışmazlığı səbəbindən bir neçə istehsalat müəssisəsinin bağlandığını, çox sayda insanın işsiz qaldığını deyən Mehdi Əmini, vəziyyətin belə davam edəcəyi təqdirdə əyalətin iqtisadiyyatına ağır zərbə dəyəcəyi barədə xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar