SON XƏBƏRLƏR

Beynəlxalq təşkilatlar azərbaycanlı siyasi məhbusa dəstək verdi

2025.08.21, 13:33
Beynəlxalq təşkilatlar azərbaycanlı siyasi məhbusa dəstək verdi

Avqustun 20-də Almaniyanın Hamburq şəhərində mühacir iranlılar edama məhkum edilən azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə dəstək aksiyası keçiriblər.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Əllərində Şərifə Məhəmmədinin fotolarını daşıyan yüzlərlə şəxs, Tehran hökumətini işçi hərəkatı fəalının edam hökmünü ləğv etməyə, onu sərbəst uraxmağa çağırıblar.

Onlarla almaniyalı insan haqları fəalının da qoşulduğu aksiyada beynəlxalq ictimaiyyətdən Məhəmmədinin həyatını xilas etmək üçün İran hökumətinə təzyiq göstərmələri istənilib.

Bununla yanaşı Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da bəyanat yayaraq, azərbaycanlı məhbusa dəstək ifadə edib, Tehrandan onu azad etməyi istəyib.

Beynəlxalq dəstək bəyanatlarının davamında BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi May Sato da oxşar bəyanatla çıxış edib.

Sato, Şərifə Məhəmmədini barəsində edam hökmünün dayandırılmasını tələb edərək, İran Məhkəmə Sistemini edam cəzasının aradan qaldırılmasına çağırıb.

Bununla yanaşı BMT-nin Müstəqil Fakt Araşdırıcı Missiyası da oxşar bəyanatla çıxış edib, İran Ali Məhkəməsinin qərarını pisləyib və onun ləğv edilməsini tələb edib.

Qeyd edək ki, hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan Şərifə Məhəmmədi haqqında bundan əvvəl çıxarılan ölüm hökmünü İran Ali Məhkəməsinin 29-cu bölməsi təsdiq edib.

5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar