SON XƏBƏRLƏR

İranın 27 əyalətində tətil elan edildi

2025.08.23, 10:26
İranın 27 əyalətində tətil elan edildi

Şiddətli istilərin davam etdiyi, su və elektrik enerjisi ehtiyatlarının ciddi şəkildə azaldığı bir vaxtda İran hökuməti növbəti dəfə olaraq bu gün ölkənin 27 əyalətində dövlət idarə və müəssisələrində tətil elan edib.

Gunaz.tv

Bu haqda İran mediası məlumatyayıb.

"Tətil, artan temperatur, su və elektrik enerjisi istehlakının idarə edilməsi ilə əlaqədardır",- məlumatda bildirilib.

Qeyd edək ki, hazırda ölkənin bir çox bölgələrində su və elektrik enerjisi kvota ilə verilir.

Son həftələrdə ölkədə gündə 8-10 saat elektrik və suyun kəsilməsi barədə məlumatlar yayılıb. 

Bu il planlaşdırılan kəsintilər əvvəlki illərə nisbətən daha tez başlayıb və may ayından insanların gündəlik həyat ritmini pozub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar